Ürək Damar xəstəlikləri nədir?

       Ürəyin qidalanmasında rol oynayan koronar damarlarda, meydana gələn darlıq və tıxanmaların  insan vucuduna nə kimi təsir və zərərlərin  olduğunun izahıdır :

Ürək Damar Xəstəlikləri Haqqında Gərçəklər:

         Orqanlarımızın çalışması üçün lazım olan maddələri daşıyan qanı göndərmə vəzifəi olan ürək, bu vəzifəni yerinə yetirmək üçün dəqiqədə ortalama 70 dəfə döyünür və hər dəfəsində 70 ml qanı orqanlarımıza göndərir. Ortalama bir insan həyatı boyunca, ürəyimiz 2.5 milyar dəfəyə yaxın döyünür və bu müddət boyunca 180 milyon litr qanı vücudumuza göndərməkdədir.
         Orqanların canlılığını qoruya bilmələri və vəzifələrini yerinə yetirə bilmələri üçün qida maddələrinə və oksigenə ehtiyyacları var. Bütün bunlar orqanlarımıza qan ilə çatdırılır. Qan isə orqanlara damarlar vasitəsi ilə daşınır. Qanın damarlara göndərilmə vəzifəsini ürəyimiz yerinə yetirir. Hər orqan kimi ürəyində qidalanması vacibdir. Ürəyin özünü qidalandıran damarlara "Koronar damar" (Koronar arter) deyilir. Koronar damarlarda olabiləcək xəstəliklər birbaşa ürəyin çalışmasına və səmərəliyinə təsir edəcəyindən həyatı vacib bir orqandır.

Ateraskleroz (Damar Sərtliyi):

            Koronar damarların ən çox görülen və ən  vacib xəstəliyi  koronar aterasklerozdur (damar sertliyi). Bu xəstəlikdə , koronar damarlarda yer yer, başta xolesterol olmaq üzərə bir qısım maddələr toplanmaqda  və toplandığı yerlərdə darlıqlar və  tıxanıqlıqlar meydana gətirməkdədilər.

Aterasklerozun Meydana Gəlməsi:

         Burada ürək damarlarının hissələrində  ateraskleroz (damar sertliyi) meydana gəlməsini görməkdəyiz. Damardakı ateraskleroz nəticəsində meydana gələn plaklar zaman geçdikcə büyüyəbilir və damar boşluğunu daraldır. Damardakı daralma da, içinden geçən qan miqdarını azaldacağına görə ürəyin qidalanmasının bozulmasına bağlı problemlər meydana gəlir.  
             Yaranmış vəziyyətə, koronar arter xəstəliyi vəya ürəyin işemik xəstəliyi deyilir. Bunun nəticəsi olaraq ürəyin qidalanması bozulmaqda, ürəyin ritmik çalışması və xəstəliyin ciddiyyəti ilə mütənasib olaraq problemlər meydana gəlməkdədir.  Koronar arter xəstəliyi, bütün dünyada olduğu kimi, ölkəmizdədə yetişkinlərdə başda gələn ölüm və iş qabiliyyəti itkisinin səbəbidir.

oxundu

Op. Dr. Anar Əmrah

Ürək - Damar Cərrahı

         +994773544444

         +994507154040

          info@anaremrah.com

RMDM Bakı Ürək Mərkəzi

Bakı Ürək Mərkəzi

Tbilisi prospekti 147

Bakı/Azərbaycan