Search

VARIS XƏSTƏLİYİ VƏ NECƏ QORUNAQ?

Updated: May 14

Varis Səbələri

Əslində varikoz xəstəliyinin tam əmələ gəlmə səbəbi bilinmir. Əsas problem, damar divarında əmələ gələn struktur pozğunluğu səbəbi ilə damarın genişlənməsi və damar içindəki qapaqcıqların funksiyasını itirməsi ilə qanın geri qaçmasıdır. Bu qaçaq nəticəsində, qan ürəyə geri axımda çətinlik çəkər və ayaqlarda göllənir. Beləliklə damarlarının içindəki təzyiq getdikcə artar, damarlar genişlənir və nəticədə qan dövranı pozğunluğu əmələ gəlir. Varikoz xəstəliklərinin daha nadir rast gəlinin səbəbləri də mövcuddur. Dərin venadamarları tıxalı (


DVT) olan şəxslərdə, normal hallarda aşağı ətraf qanının 10%-i öhdəçiliyinə götürən səthi vena damarları, ayağın bütün karbondioksiddən zəngin qan dövranını öz üzərinə götürür. Bu səbəbdən də damarın diametri çoxalır və varikoz müşahidə olunur.. ​

Varisdə hansı şikayətlər olur?

        Özəlliklə axşamlar bədəninizdə yorgunluq, halsızlıq, aşağı ətraflarda ağrı və əzginlik hissi və ayaqlarınızda kapilyar damar gözlə görülür isə VARİS olma ehtimalınız çox yüksəkdir. Eyni zamanda daha çox axşamları əmələ gələn ayaq biləklərinizdə şişmə, dərinizdə qızarıqlıq və qaşıntı varsa mütləq şəkildə bir ürək damar cərrahına müraciət ediniz!.        Varikoz, daha çox aşağı ətraf vena damarlarının genişlənməsi, uzanması və burulması olaraq adlandırılan bir xəstəlikdir. Demək olar ki günümüzdə əhalinin %10-20-də rast gəlinir. Özəlliklə xanımlarda hamiləlik sonrası hormonal dəyişikliklərə bağlı olaraq daha çox artmaqla birlikdə 50 yaş üzəri hər iki nəfərdən birində aşağı ətrafların varikoz xəstəliyinə rast gəlinir. ​

Varislər kimlərdə daha çox rast gəlinir?

Bir çox xəstəlikdə olduğu kimi genetik, yəni ailə üzvlərində varikoz xəstəliyi olanlarda və qadınlarda daha sıx rast gəlinir. Eyni zamanda varislər tütün istifadə edənlərdə, ( passiv olaraq sigaret dumanına məruz qalanlar ) artıq çəkisi olanlarda və uzun müddət ayaq üstə çalışanlarda daha çox müşahidə olunur. ​

Neçə növ Varokoz xəstəliyi var?

Varikoz xəstəliyinin 4 növü vardır;

  1. Hörümçək Toru: Telanjiektazi də adlandırılan bu damarlar adətən 1 mm və ya daha çapta, dəri ilə eyni səviyyədə olur və palpasiya (əllənirkən) ilə hiss edilmir. Gözlə görüləbiləcək şəkildə hörümçək toruna bənzər formada yayılmış xətlər kimi bütün ayaq nahiyyəsini əhatə edəbilər.

  2. Retikulyar Varikozlar: Dəridən çox az qabarıq, əhatələri 4 mm dən kiçik olan mavi rəngli, palpasiya (əllənirkən) ilə çətin hiss edilən varikozlardır.

  3. Böyük Vena damarları Varikozları (Safen ven varikozları): Böyük və kiçik safen venaları boyunca rast gəlinən, böyük, geniş qıvrımlar yaradan, palpasiya və gözlə asan görülən varikozlardır. Bunlar 3-4 mm dən böyük dəridən qabarıq olub kənardan rahatca görüləbilir. Dəri altında olduqları üçün adətən dəri rəngində dəyişiklikliyə rast gəlinmir. Uzanıb ayaqlar ürək nahiyyəsindən yuxarıda tutularaq 10-15 dəqiqə gözlədiyimizdə adətən çoxu yox olurlar.

  4. Dərində əzələlərin içində yerləşən böyük damarların varikozları: Bu vena damarları aşağı ətraflarda dərin venaların genişləməsi və bu damarlarda qapaqların yetməzliyi ilə yaranır. Varikozlar xaricdən görülmür ( Doppler ultrasəs ilə görüləbilir) lakin ayaqda şişlik və qan dövranı pozğunluğuna səbəbiyyət yaradır.

Necə diaqnoz qoyuruq?

Bir çox xəstədə həkimin müayinəsi və USM Doppler ilə incələməsi nəticəsində 15-20 dəqiqədə tam şəkildə dəqiq diaqnoz qoyulur. Doppler bir növ ultrasəs müayinədir və hər bir şəxsə asan şəkildə ediləbilinən, ziyansız, ağrısız, dərmansız bir müayinə metodudur.           Bu müayinə ilə damarların diametrləri, içindən keçən qanın hərəkəti və axım sürətini çox rahat şəkildə ölçmək mümkündür. Eyni zamanda damar içindəki qapaqcıkların funksiyaları və dərin damarlar haqqında çox qiymətli məlumatlar əldə olunur. ​

Varikoz Xəstəliyindən Qorunmaq Mümkündürmü?

Günümüzdə hər hansı bir dərman preparatı istifadə edilərək varikoz xəstəliyindən qorunmaq mümkün deyil. Bundan əlavə apteklərdə müxtəlif forma və tərkibdə mövcud olan mərhəmlər, bitkisəl dərmanlar və bunun kimi başqa yanaşmaların faydaları tibbi olaraq sübut olunmamışdır. Ancaq varikozdan qorunmaq üçün;

  • Uzun müddət ayaq üstə dayanmamaq,

  • Hamilelik dövründə mütamadi olaraq qoruyucu elastik corab geyinmək,

  • Həftədə ortalama 5 gün ən az 30-45 dəqiqə orta temlə yürümə idmanı etmək,

  • Axşamlar yarım saat ayaqları ürək nahiyyəsindən yuxarıda saxlamaq,

  • İstidən uzaq olmaq,

  • Axşamları ayaqları soyuq suyla yumaq,

  • Hormonal preparatlardan uzaq olmaq,

  • Artıq çəkidən azad almamaq kimi tədbirlər varikoz xəstəliyindən qorunmaq üçün qabaqlayıcı tədbirlərdir.

Lazer varis

      Varisleri cərrahi kəsik aparılmadan, narkoz verilmədən, ağrısız və təkrarlanmayacaq şəkildə, həm müalicəvi həm də estetik olaraq aradan qaldırmaq günümüzdə təcrübəli mərkəzlərdə çox rahat şəkildə icra edilir. Venadaxili lazer ablasya ilə varikoz xəstəliyinin müalicəsi (EVLA). Varis xəstəliyi çox uzun zamandır bilinməsinə baxmayaraq son 20 ildə müalicədə çox ciddi bir nailiyyət əldə edilmişdir. Robert Min adlı həkim və komandası tərəfindən Böyük Safen Vena damarındakı çatışmazlıq ilk dəfə “Venadaxili Lazer Ablasiyası” (EVLA) metodu ilə müalicə edilmişdir. Bu metod, qaçaq olan damarın əməliyyatla kəsik aparılaraq xaric edilməsi əvəzinə, damar içindən lazer enerjisi ilə xəstə kapağın damar içindən bağlanması (cərrahi kəsik aparılmadan funksiyasının ləğvi) metodudur. Lazerlə bağlanan damardan təkrar qaçaq əmələ gəlməz; bağlanan bu damar da orqanizma tərəfindən bir müddət sonra yox edilir. Safen veni yandırılaraq bağlanıldığında gözlə görüləcək varislər də kiçilərək yox olur. Xəstə olan vena damarı yox edildikdə digər sağlam olan venalar qan dövranı öhdəçiliyini öz üzərilərinə götürərək ayağın venoz qan dövranını bərpa edər. VENADAXİLİ LAZER ABLASİYASININ AVANTAJLARI:

  • Prosedur adətən çox az vaxt aparır (təxminən 15 dəqiqə ) və tez zamanda sağalma müşahidə edilir.

  • Gündəlik həyat fəaliyyətinə qayıtmaq çox erkən olur və bir çox xəstələrdə bu eyni gündə mümkündür. Çox az bir ağrı və göyərmə (dəri altı hematoma) olabilər, buda adətən 1-2 həftəyə keçir.

  • Adətən cərrahi kəsik-yara izi və ya dikiş olmaz. Çünki dəridə olunan cərrahi kəsik nöqtə qədərdir.

  • Əməliyyatla müqayisədə daha tez sağalma, minimal travma və fəsad olur.

  • Prosedur sonrası pasiyentin məmnunuyyəti, komfortu çox yüksək.

  • Müvəffəqiyyət faizi %98-100 arasındadır.






113 views