Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: XƏSTƏYƏ SÜNİ ÜRƏK KÖÇÜRÜLDÜ

          Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 2019-cu il fevralın 3-də ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar ƏMRAH və komandası tərəfindən süni ürək implantasiyası (çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.

         Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə nəhayət Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli ABBASƏLİYEV və Şahin XƏLİLOV tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar ƏMRAH və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.

        Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan Süni Ürək mexaniki bir pompadır.

        Süni Ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahi olaraq yerləşdirilir və dünyada minlərlə ürək çatışmazlığı olan xəstələrə daha rahat yaşamaq üçün yeni ümidlər verir.

       Qeyd etmək lazımdır ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

oxundu

Op. Dr. Anar Əmrah

Ürək - Damar Cərrahı

         +994773544444

         +994507154040

          info@anaremrah.com

RMDM Bakı Ürək Mərkəzi

Bakı Ürək Mərkəzi

Tbilisi prospekti 147

Bakı/Azərbaycan

HVAD